FED.az xəbər verr ki, "AFB Bank" Filialların idarə edilməsi strukturuna menecer vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Express Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
• Bank sektorunda ən az 3 il iş təcrübəsi;
• Müştəriyönümlü olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək (ingilis dilini bilən şəxslərə üstünlük verilir);
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
• İdarəetmə və liderlik qabiliyyətinə malik olmaq;
• Gərgin şəraitdə işləməyi bacarmaq;
• Analitik düşünmə qabiliyyətinə malik olmaq.
İŞİN TƏSVİRİ:
• Bankın filial və şöbələrində işin təşkilinə və idarə edilməsinə daim nəzarət etmək;
• Bankın filial və şöbələrində yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək, onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
• Bankın filial və şöbələrinin fəaliyyəti ilə bağlı onlarla Bankın aidiyyəti strukturları arasında, eləcə də öz aralarında əlaqələndirməni təşkil etmək və bu əlaqələri tənzimləmək.
• Filial və şöbələrdə işin təşkili və idarə edilməsi ilə bağlı məlumat bazasının formalaşdırılmasını, eləcə də bu bazanın mütəmadi yenilənməsini təmin etmək;
• Filial və şöbələrin fəaliyyəti ilə bağlı müəyyən edilmiş hədəflərin, planların, qəbul edilmiş qərarların, əmrlərin və göstərişlərin icrasına nəzarət etmək;
• Bankın filial və şöbələrində iş həcminə (yükünə) nəzarət etmək, iş həcmini (yükünü) aidiyyəti strukturlarla birlikdə mütəmadi ölçmək, işçi heyətinin iş həcminə, eləcə də qoyulmuş hədəf və planlara uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;
• Filial və şöbələrin fəaliyyəti ilə bağlı Banka daxil olan irad və şikayətlərin araşdırılmasına, təmin edilməsinə nəzarət etmək, o cümlədən, bununla əlaqədar Bankın aidiyyəti struktur bölmələri ilə məlumat mübadiləsi aparmaq;
• Bankın filial və şöbələrinin işinin təşkili və idarə edilməsi ilə bağlı təkliflərin və digər zəruri sənədlərin hazırlanmasını təmin etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filialların idarə edilməsi strukturunun meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.