FED.az xəbər verir ki, "AccessBank" əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Optimal Elektronika" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
Əlaqə Mərkəzinə daxil olan zənglərin cavablandırılması və düzgün qeydiyyata alnması;
Onlayn kanallar vasitəsilə daxil olan sorğuların vaxtında emal olunub cavablandırılması;
Zəng edən bank müştərilərinə və potensial müştərilərə keyfiyytəli xidmət göstərilməsi;
Gündəlik, həftəlik və aylıq hesabatların düzgün işlənib hazırlanması və Əlaqə Mərkəzinin rəhbərliyinə təqdim olunması;
Əlaqə Mərkəzinin planlarının yerinə yetirilməsinə dəstək olunması.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə təcrübə olması arzuolunandır;
Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə, ingilis dili bilənlərə üstünlük verilir;
Kompüter bilikləri: MS Office;
Yüksək ünsiyyətqurma bacarığı: aydın və səlis danışıq, qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
Dəqiqlik, operativlik və məsuliyyətlilik;
Komandada işləmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.