Abşeron Ticarət Mərkəzi
Qrafik dizayner
Son tarix 15 noy 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi brend kimliyinə uyğun sosial media postlarının, reklam bannerlərinin, flyer, broşür, YouTube cover və digər vizual materialların hazırlanması;
- Motion tipli postlar, qısa video montajlar və animasiyalı vizualların yaradılması;
- Marketinq və kommunikasiya komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün kreativ konseptlərin hazırlanması;
- Müxtəlif platformalar (Instagram, TikTok, YouTube, vebsayt və s.) üçün dizaynların adaptasiyası;
- Mövcud dizayn materiallarının optimallaşdırılması, təkmilləşdirilməsi və yenilənməsi;
- Layihələr üzrə vahid vizual üslubun qorunması və brend standartlarının tətbiqi;
- Yeni dizayn trendlərinin izlənilməsi və onların brendin vizual yanaşmasına tətbiq edilməsi.
İş şəraiti:
- Bakı şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
- 3–5 illik iş təcrübəsi (xüsusilə reklam agentliyi və ya iri şirkətdə);
- Adobe Photoshop, Illustrator və Corel Draw proqramlarında yüksək səviyyədə bacarıq;
- After Effects, Premiere Pro və ya digər video montaj proqramlarında işləmək bacarığı üstünlük sayılır;
- Yaradıcı düşüncə, estetik zövq və detallara yüksək diqqət;
- Eyni anda bir neçə layihə ilə işləmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Komandada işləmək və ideyaları aydın şəkildə təqdim etmək bacarığı;
- Seçim mərhələsində portfolionun təqdim edilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.