166 Logistika şirkətində Marketinq Meneceri üzrə vakansiya.
İş barədə məlumat:
• 166 Yükdaşıma və Logistika şirkətinin Azərbaycanda tanınmağının təmin edilməsi;
• Yerli marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Bazardakı hədəf auditoriyasını və rəqabət mənzərəsini anlamaq üçün bazar araşdırmalarının aparılması;
• Uzun və qısa müddətli strateji marketinq planlarının yaradılması,inkişaf etdirilməsi və həyata keçirilməsi;
• Ölkədə marka prestijini artırmaq üçün yerli tədbirlərdə şirkətin təmsil edilməsi;
• Şirkətin böyüməsini təmin etmək və gəlir miqdarını artırmaq üçün həm qısa, həm də uzunmüddətli marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
• Sosial medianın planlarının dərindən araşdırılması və tətbiq edilməsi;
• Satış gücünün effektivliyini və məhsulun nüfuzunu artırmaq üçün yerli və regional marketinq təşəbbüslərinin inkişaf etdirilməsi;
• Yaradıcılığın,təşəbbüskarlığın və problemi həll etmə bacarıqlarının olması;
• Ümumi kampaniyaların və performansın təhlil edilməsi;
• Mövcud və yeni məhsul konsepsiyalarına dair marketinq araşdırmasının aparılması;
• Keçmiş kampaniya nəticələrinin ölçülməsi və qiymətləndirilməsi.
Tələblər:
• Biznesin idarəedilməsi və ya Marketinq üzrə bakalavr və magistr dərəcəsinin olması;
• Minimum 2 il marketinq koordinatoru və ya meneceri kimi iş təcrübəsinin olması;
• Marketinq konsepsiyalarının dərindən başa düşülməsi;
• Sosial medianın idarə edilməsi və Facebook reklam bilgilərinin olması;
• Rəqabətli analiz bacarığının olması.
İş haqqında məlumat:
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1500-2000 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=103
Kreativ direktor
İş haqqında:
• Veb, çap və rəqəmsal marketinq məhsullarının istehsalında komanda işlərinə , rəhbərlik edilməsi və işlərin nəzərdən keçirilməsi;
• Həm kiçik miqyaslı, həm də böyük miqyaslı layihələr üçün strategiyaların hazırlanması, rəqəmsal marka dizaynı, kontent və texnologiyaların idarə edilməsi;
• Marketinq planlarının hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsinə iştirak edilməsi, marketinq və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
• Marketinq hədəflərinin aydın və motivasiyaedici yaradıcılıq strategiyalarına çevirilməsi, daxili marketinq kampaniyalarını inkişaf etdirilməsi;
• Markanın daimi izlənilməsi, bazarda istehlakçı ehtiyacının və rəqabət göstəricilərinin təhlil edilməsi;
• Xərclərin proqnozlaşdıraraq idarə edilə biləcək büdcə standartlarına uyğunlaşdırılması.
• Qrafik dizaynerlərə, mətn müəlliflərinə, sosial media mütəxəssislərinə, layihə menecerlərinə, fotoqraflar və videoqraflara funksional şəkildə nəzarət edilməsi;
• Qısa və ya uzunmüddətli ehtiyaclara əsaslanan layihələrdə dizaynerlər, mətn müəllifləri və s. ilə əməkdaşlıq edərək istehsal cədvəllərinin qurulması;
• Komanda ilə breyn-storminq sessiyaları keçirilməsi, komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
• Komanda tərəfindən hazırlanmış layihə və kompaniyaların nəzərdən keçirilməsi və təsdiqlənməsi, marketinq hədəflərinə və problemlərinə effektiv şəkildə töhfə verilməsi;
• Mövcud auditoriya üçün mürəkkəb fikirləri çap və rəqəmsal materiallara vizual olaraq çevirilməsi;
• Son konsepsiyaların təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
Tələblər:
• Agentlik və ya korporativ mühitdə minimum 2 il kreativ direktor olmaq şərti ilə, ümumi 3-5 il iş təcrübə;
• Büdcəyə nəzarət edilməsindən, marketinq və reklam kampaniyalarının yaradılmasına qədər iş təcrübəsi;
• Rəqəmsal marketinq, sosial media, mobil telefon və digər bütün marketinq kanallarında məzmun yaratmaq bacarığı;
• Konsepsiya inkişafı ilə bağlı təcrübə;
• Komandaya rəhbərlik etmək bacarığı.
İş haqqında məlumat:
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1000-1500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=101
Rəqəmsal marketinq meneceri
İş haqqında
• Facebook, Instagram və Google kimi şəbəkələrdə pullu kampaniyalarını idarə edilməsi;
• İş prosesi ərzində Google Analytics / Google Data Studio-dan istifadə edilməsi;
• Rəqəmsal reklam yolu ilə elektron ticarət gəlirlərinin əldə edilməsini təmin etmək;
• Multi-kanallı hədəfləmə kampaniyalarının qurulması;
• Layihə KPI-lərinin hesabat və xüsusi izləmə metrikləri ilə uyğunlaşdırılması;
• Kiçik komandaların idarə edilməsi;
• ROI və KPI ölçülməsi və reklam xərclərinin hazırlanması;
• SEO və Google Analytics analizlərini nəzərə alınaraq, onlayn məzmunların idarə edilməsi və təkmilləşdirilməsi.
Tələblər:
• Rəqəmsal marketinqdə ən azı 2 il korporativ iş təcrübəsi;
• Satış komandaları ilə iş təcrübəsi;
• Google Analytics, Google Tag Manager və Google Ads ilə işləmək bacarığı;
• Layihə idarəetmə bacarıqları.
İş haqqında məlumat:
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1200-1800 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=102