2024-cü ilin ən maraqlı turizm hadisələrnidən biri Türkiyənin Quşadası bölgəsindən Yunanıstan adalarına girişin açılması olub.
AZAL bu ölkəyə səyahət edənlərə – ENDİRİMLİ OTEL TƏŞKİL EDİR
FED.az xəbər verir ki, dünyanın turizm mərkəzləorindən olan Türkiyə hər il 10 milyonlarla turist qəbul etsə də, türklərin bir hissəsi qonşu Yunan adalarına üz tutub. Dəniz mənzərəsi Türkiyədən o qədər də çox fərqlənməsə də yunan adalarında qiymətlər olduqca aşağıdır, güclü inflyasiya yaşayan Türkiyənin vətəndaşlarını yunan adalarında cəlb edən amil də budur.
Təyyarədə ən yaxşı sıra və yer hansıdır? – RAHAT YERLƏRİN SİYAHISI
Əhməd Bayraklı son illərə qədər Yunanıstanın Samos adasına ancaq Türkiyənin qərb sahilində yerləşən doğma şəhəri Kuşadasından yalnız baxa bilirdi. Aralarındakı kiçik məsafəyə - ən yaxın nöqtədə 1650 metr olmasına baxmayaraq, türklər bu adalara getdikcə çətinləşən Şengen vizası almaqla getməli idilər.
Amma bu ilin aprelindən Samos da daxil olmaqla Yunanıstanın 10 adasının qapıları türklərə yeddi gün qalmaq imkanı verən xüsusi “qapı” vizası ilə açılıb. Əhməd Albayrak da bu imknadan yararlanan on minlərlə türkdən biridir.
Azərbaycanda hotelləri ən çox və ən az gəlir əldə edən - RAYONLAR VƏ ŞƏHƏRLƏR (I yarımil, 2024)
O, Kuşadasından adanın paytaxtı Samos şəhərinə 90 dəqiqəyə keçən səhər bərəsi üçün növbəyə qoşularkən, "Əvvəllər gülünc idi - bu bizim qonşumuzdur" dedi.
Ötən ilin sonunda razılaşdırılmış «qapı vizası» rəsmi Afina ilə Ankara arasında münasibətlərin istiləşməsinin bəhrəsidir. İllərdir iki ölkə arasında çoxsaylı problemlər var, bunlar Egeydə dəniz sərhədləri, Şərqi Aralıq dənizində qaz haqları, qaçqınlar və prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Bizans dövründən qalan kilsələrini məscidə çevirmək həvəsi ilə bağlı bir-biri ilə sıx bağlıdır.
Elə indi də bu mübahisələrin heç biri aradan qalxmayıb. Əksinə, həm cənab Ərdoğan, həm də Yunanıstanın baş naziri Kiriakos Mitsotakis qərara gəliblər ki, dost olmaqla daha çox şey əldə etmək olar.
Azərbaycanlılar ən çox haraya uçurlar - ƏN ÇOX VƏ ƏN AZ UÇUŞ OLAN – ÖLKƏLƏR, SİYAHI
Şəxsi görüşlərdə yunanlar və türklər yaxşı yola gedirlər. Egey dənizinin hər iki tərəfindəki musiqi, mətbəx və içki mədəniyyətləri demək olar ki, eynidir və yunancanın Samian ləhcəsi də türk sözləri ilə səpələnmişdir. Siyasi çəkişmələr və pandemiya hər iki tərəfin turizm biznesinə zərər vurdu, çünki onlar adalar və Türkiyə sahilləri arasında nəqliyyatdan istifadə edirlər.
Nəticədə hazırda Türkiyə vətəndaşlarının, daha dəqiqi sərhəd bölgələrdə yaşayanların Yunan adalarına axını baş verir. Yunan adalarına səfərin artması təkcə tarixi turizm və ya Aralıq dənizi sevgisi ilə bağlı deyil. Eyni imkanlar Türkiyə sahilində də var – əsas səbəb iqtisadidir. Son illər Türkiyədə baş verən və indi də davam edən böyük inflyasiya bu ölkədə qiymətləri qaldırıb. Tünkiyədə bahalaşmanı xaricdən gələn turistlərlə yanaşı yerli əhali də hiss edir. Belə vəziyyətdə vaxtilə baalı sayılan yunan adaları daha sərfəli istirahət məkanına çevrilib.
Türkiyənin may ayında 75%-ə çatan inadkarcasına yüksək illik inflyasiya səviyyəsi həm də o deməkdir ki, bir vaxtlar türk turizmindən qat-qat baha olan Yunan tətilləri indi iqtisadi baxımdan daha cəlbedicidir.
Türkiyədə «hər şey daxil» sistemi - LƏĞV EDİLƏ BİLƏR
Türkiyənin yunan adalarına yaxın olan ərazilərində, o cümlədən İzmir sakinləri FED.az-a bildirirlər ki, yunan adalarınada istirahət, yeyib-içmək Türkiyə tərəfdən 3-4, bəzən isə 5 dəfə ucuzdur: «bu dəqiqə ən sərfəli istirahət oradadır deyə» - Yunan adalarında olan sakinlər bildirirlər.
Doğrudur, Türklər hələ də qapı vizası almaq üçün çoxlu pul ödəməlidirlər: 60 avro (65 dollar), bu Şengen vizasından cəmi bir qədər azdır. Üstəlik Yunanıstanda keçirdikləri vaxtda türklər sığorta da almalıdırlar.
Onların üz tutduqları Samos adasındakı turizm obyektlərinin isə heç də hamısı türk turistlərindən fayda görəcəklərinə inanmırlar. Kənd emalatxanasından keramika satan bir samoslu sənətkarın dediyi kimi, “Türklər gəlir, amma pulları yoxdur”.