Koronavirus pandemiyasından sonra turizm sektoru tədricən canlanmağa başlayıb, xüsusilə daxili turizmdə ciddi artım olsa da, gəlmə turizmində prrobemlər qalır.
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri - YER ALIB
FED.az xəbər verir ki, turizm sektorunun iştirakçıları bunu müxtəlif səbəblərlə, xüsusilə də quru sərhədlərinin bağlı olması ilə əlaqələndirilər. Ekspertlər bildirir ki, hazırda Azərbaycanda istirahətin qiyməti qonşu ölkələrdə müqayisədə xeyli aşağı olsa da, sərhədlərinin bağlı olması Azərbaycanı on minlərlə turistdən məhrum edir.
Bununla bağlı FED.az-ın suallarını ölkənin «gəlmə turizm» sektorunda böyük təcrübəsi olan mütəxəssis, «Ulduz» turizm şirkətinin rəhbəri Həmid Cahidi cavablandırır.
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?
Qeyd edək ki, H.Cahidi 1999-cu ildən, yəni 25 ildən artıqdır ki, turizmlə, xüsusilə gəlmə turizmi ilə məşğuldur. Eləcə də, bir sıra universitetlərdə turizmin tədrisi fəaliyyəti göstərir.
- Həmid müəllim, Azərbaycana turistlər fərqli ölkələrdən gəlir, siz əsasən hansı ölkələrlə işləyirsiniz?
- Pandemiyadan əvvəl bizim ənənəvi bazarlarımız, yəni hansı ölkələrdən turistləri cəlb edirdik - Almaniya, Yaponiya, Körfəz ölkələri, Türkiyə və Cənubi Azərğbaycan idi.
Amma sonradan pandemiya səbəbirdən quru sərhədləri bağlı qaldığı üçün Cənubdən gələnlər yoxdur. Halbuki, hər il Cənubi Azərbaycandan 20-30 min nəfərə yaxın turist qəbul edirdik.
Bir həftəlik bayram tətilində Şahdağ Turizm Mərkəzinə cəmi - 5 MİN TURİST GƏLİB
- Həmid müəllim, pandemiya döürnədə turizm sektoru tamamilə dayanmışdı. Artıq 2 ildən artıqdır ki, məşdudiyyətlər aradan qaldırılıb – quru sərhədlərin bağlı qalmasını nəzərə almasaq. Turizm sektorundakı vəziyət və canlanma pandemiyadan əvvəlki həddə qayıda bilib?
- Pandemiyanın mənfi tərəfləri olduğu kimi müsbət tərəfləri də var. Məsələn, daxili turizmin genişlənməsi, sərhədlər bağlı olduğu üçün əhali yerli məkanları kəşf etdi. Mənfi tərəflər də odur ki, ənənəvi bazarlar itirildi, şirkətlər həmin bazarları əldən verdilər, indi isə yeni bazar axtarırlar.
Bakı hotelləri ötən ili 91 milyon manatdan çox xalis qazancla - BAŞA VURUB - MƏNFƏƏTDƏ 60%-LİK ARTIM
- Məsələn sizin şirkətdə hansı bazarlar itirildi?
- Cənubi Azərbaycandan olan turistləri itirmişik. Məsələn bizim Tehranda ofisimiz vardı, onu təəssüf ki, ötən il bağlamalı olduq – Azərbaycan səfirliyinə hücumdan sonra. Digər ofisimiz isə Ankarada yerləşir və hazırda biz Ankara üzərindən Balkanlardan və Şərqi Avropa ölkələrinin vətəndaşlarını Türkiyə və onüun üzərindən Azərbaycana gətiririk.
- Türkiyə turistləri Azərbaycana maraq göstərirlər?
- Əlbəttə, mən Türkiyədə həm təhsil almışam, həm də turizm bazarını yaxşı bilirəm. Türkiyədə son dövrlərə qədər səyahətlər əsasən ölkədaxili idi, yəni insanlar daha çox ölkənin daxilində səyahət edirdilər. 2017-18-ci illərdən başlayaraq insanların Balkanlara doğru səyahətləri başladı. Pandemiyadan sonra isə Azərbaycan istiqaməti Türkiyədə populyarlaşıb. Xüsusilə 2-ci Qarabağ savaşından sonra türk qardaşlarımız daha çox Azərbaycana gəlmək istəyirlər. Yəni Qarabağ savaşında qələbəmiz türk turistlərinin Azərbaycana axmasına səbəb olub. Məsələn bu ilin ilk aylarına baxsaq, Türkiyədən gələnlərin sayı 40 minə çatır, aprel-may aylarında onların sayı ayda 70 min nəfərə çatacaq. Yəni ilin sonunadək məncə Türkiyədən gələn turistlərin sayı 600 min nəfəri keçəcək.
- Bunların hamısı sırf turizm üçün gəlir?
- Bəli, pandemiyadan əvvəl vəziyyət fərqli idi, onda Türkiyədən Azərbaycana gələnlərin sayı ildə 400 minə yaxın idi və onların əksəriyyəti iş üçün, biznes və ya təhsil məqsədilə səfər edirdi. İndi isə əksəriyyəti turizm məqsədilə gəlirlər. Bu məsələdə Azərbaycanın turizm şirkətlərinin təşkil etdiyi infoturların və aparılan təbliğat kampaniyasının da təsiri oldu. Amma bu məsələdə əsas problem quru sərhədlərinin bağlı olmasıdır, Türkiyədən bəziləri Azərbaycana quru sərhədlərlə gəlmək istəyir.
Azərbaycanda ilk dəfə: Təyyarə biletlərinin - KREDİTLƏ SATIŞI BAŞLANIB
- Türkiyə turistləri Azərbaycana quru yolla gəlmək istəyir?
- Bəli, bizim son günlər İzmir, Antaliya, Trabzan və Adanadan olan həmkarlarımızla danışdıq, bu məsələni müzakirə etdik, onların əsas istəkləri quru sərhədilə gəlməkdir. Bu həm rahatdır, həm də münasibət qiymətdir. Çünki təyyarə qiymətləri turistlərin xərclərinin böyük hissəsini «yeyir».
- Hazırda xaricdən Azərbaycana turistlərin gəlməsi üçün əsas maneə hansıdır?
- Ən böyük maneə – bunu təkcə mən deyil, bütün turizm şirkətləri təsdiqləyər – bahalı təyyarə biletləridir. Biz xarici turistlər üçün turpaketlər hazırlayırıq, məlum olur ki, Azərbaycanda 2-3 gecəlik səyahət üçün orta xərc 250-300 dollardır. Yəni aviabilet olmadan, aeroportdan-aeroporta, bura aiddir - otellər, səhər yeməyi, transfergəzmək və sair.
- Cəmi 250-300 dollar, belə ucuz?
- Bəli, sizə deyə bilərəm ki, təyyarə bileti xərclərini nəzərə almasaq, Azərbaycanda «in coming», yəni gəlmə turistləri üçün xərclər, qonşu ölkələrin hamısından ucuzdur. Məsələn, Özbəkistanda 4 gün qalıb istirahət etmək üçün 700 dollar ödəmək lazım olur. Bizdə isə bu rəqəm 300-350 dollardır, yəni 2 dəfə az. Çünki birincisi otellərin sayı artır, çoxlu otel açılıb, qiymətləri normaldır, xidmət də pis deyil.
- Bəs Gürcüstanda vəziyyət necədir?
- Gürcüstanda turistlər üçün xərclər pandemiyadan əvvəl ucuz idi, indi isə o vaxtla müqayisədə qiymətlər 40-50% artıb və bizdən bahadır.
- Siz Gürcüstana da turist gətirirsiz?
- Xeyr, sadəcə Türkiyədən bəzi turistlərimiz olur ki, onlar bizdən paket alanda 3-4 gün Azərbaycan və 1 gün də Gürcüstan səyahəti istəyirlər. Həmin qonaqlar məsələn 3 gecə Bakı, 1 gecə Şəki və ya Gəncə istəyir, daha sonra isə 1 gün Tbilisiyə getmək istəyirlər. Çünki həm də Tbilisidən Türkiyəyə uçmaq daha sərfəli olduğuna görə, onlar belə marşrut seçirlər.
Azərbaycanda ilk dəfə: Təyyarə biletlərinin - KREDİTLƏ SATIŞI BAŞLANIB
- Bəs Azərbaycanı necə tərk edirlər, quru yolla?
- Bəli xarici turistlər Azərbaycanı quru yolla tərk edə bilirlər. Ona görə də onlar Türkiyədən Azərbaycana, Bakıya təyyarə ilə uçub gəlirlər, buradan isə quru yolla çıxırlar, Tbilisidən uçub gedirlər. Məsələn, ötən həftə iki qrupumuz vardı – Şimali Kiprdən və Türkiyədən, onlar bu üsulla gəlib getdilər.
- Həmid müəllim, hazırda Azərbaycana ən çox turistlər hansı ölkələrdən gəlir?
- Hazırda statistikada göstərir ki, ən çox gələnlər Rusiya, Türkiyə, Hindistan, Pakistan, Körfəz ölkələridir. Türklərin sayı daha sürətlə artır, mənim müşahidəmə görə, ötən illə müqayisədə təqribən 2 dəfə artım var.
- Bəs Avropa, Yaponiya, ABŞ, buradan turist gəlmir?
- Gəlirlər amma fərdi şəkildə, ya da çox kiçik qruplarla, məsələn İspaniya, İtaliya və başqa ölkələrdən ya fərdi şəkildə, ya da kiçik qruplarla gəlirlər. Mən Yaponiyadan gəlmə turizmi ilə 22 ildən çoxdur işləyirəm, onlar da fərdi şəkildə, ya da kiçik -10-12 nəfərlik qruplarla gəlirlər.
- Ayrı-ayrı ölkələrdən olan turistlərin Azərbaycanda üstünlük verdiyi səyahət istiqamətləri hansılardır? Yəni hansı ölkədən olan turistlər burda hansı rayonlara gedir?
- Zövqlər tamamilə fərqlidir, məsələn Avropadan və Türkiyədən gələnlərin əksəriyyəti tarix və mədəniyyət abidələrinə baxmağı xoşlayırlar. Ona görə də onların əksəriyyəti, Bakı və Şəkiyə, bəzən isə Gəncəyə və ya Naxçıvana üz tuturlar. Körfəz ölkələrindən gələn turistlər təbii ki, həmin ölkələrdə yaşıllıq az olduğuna görə, Quba, Qəbələ, Qusar, Şahdağa üstünlük verirlər.
AZAL Londonda daha bir hava limanına - UÇUŞLARA BAŞLADI - FOTOLAR
- Yeri gəlmişkən, Azərbaycanda ərəb turistlərinin sayı əvvəlki kimi deyil, bu bizə elə gəlir, yoxsa doğrudan da azalma var?
- Bizim şirkət ərəb turistləri ilə 2007-ci ildən işləyir və ölkəyə gətirir. Bəziləri hesab edir ki, ərəb turistlərinin Azərbaycana yolu 2015-də açılıb, amma bu düz geyil, ərəblər Azərbaycana xeyli əvvəldən səyahət edirlər. Özü də onlar yaxşı turistdirlər, yəni gəzməyi, səyahəti sevən insanlardır. Problem ondadır ki, ərəb turistləri ilə işləyən «şirkətlərin» əksəriyyəti peşəkar deyil, ümumiyyətlə şirkət deyillər, təsadüfi adamlardırlar. Bunlar adicə alverçilərdir və ya bir neçə ərəb sözü bilir deyə ərəb turistləri ilə işləyir.
- Bunun işə nə ziyanı var?
- Ziyanı ondan ibarətdir ki, turistlərə qeyri-peşəkar məlumatlar verilir, onlara olmayan xidmətlər təklif edilir, onlar da gəlib bu xidmətləri ala bilmir və narazı qalırlar. Yenə də qeyd edim, ərəb bazarı ilə işləyənlərin 80-90 faizi turist şirkətləri deyil, adi şəxslərdir, sədəcə səhifə açıb işləyirlər.
Nəticədə ərəblər son vaxtlar bura çox gəlmirlər, səbəbi də odur ki, o qədər mənfi reaksiyalar görüblər ki, onun nəticəsində etibar və marağı itiriblər.
İrana gedən Azərbaycan vətəndaşlarının sayında böyük artım olub
- Bəs İrandan necə, Azərbaycana gələn turistlər var?
- Xeyr yoxdur, quru sərhədlərinin bağlı olması ilə əlaqədar olaraq Cənubi Azərbaycandan ölkəmizə səfər edən turistlərin sayı sıfıra düşüb. Təsəvvür edin ki, 2019-cu ilədək Azərbaycana cənubdan ildə 20-25 min nəfər qonaq gətirə bilirdik, ötən il isə mənfi rekord vurduq – cəmi 10 nəfər qonağımız oldu.