Xəzər dənizinin (gölünün) Azərbaycan mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri müəyyənləşir.
Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahələri yaradılacaq
FED.az xəbər verir ki, bu, “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, süni torpaq sahəsində tikinti fəaliyyəti bu Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.
Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu Qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.
Yaradılması forması və üsulundan asılı olmayaraq süni torpaq sahəsinin yaradılması Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, həyata keçiriləm tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işlərinin ayrıca mərhələsi hesab ediləcək və tikinti işlərinin tikinti layihəsinə uyğun olaraq, aparılması və başa çatması tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.