İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri ilə Şamaxı, Qobustan və Ağsu rayonları üzrə icra hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə sədrləri arasında görüş keçirilib.
Ev tikmək üçün yeni qaydalar müəyyən edilib - Torpaq sahəsi alarkən diqqətli olun
Xidmətdən FED.az-a verilən məlumata görə, tədbirdə dövlət və bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun istifadə edilməməsi hallarının aradan qaldırılması tədbirləri, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildiririk ki, dekabrın 19-da Şamaxı rayonunda torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçiriləcək. Zona müşavirəsindən əvvəl təşkil olunan bu cür görüşlərin məqsədi yerli bələdiyyələrin mövcud sahədə olan problemlərini dinləmək, araşdırmaq, mümkün həllini təmin etmək və müvafiq izahatlar verməkdir.