2022-ci ildə kənd təsərrüfatı torpaqlarınn icarəsinə rəy bildirilməsi ilə bağlı ƏMDX-yə 840 müraciət daxil olub. Bu müraciətlərin yarıdan çoxuna müsğət cavab verilib.
Kənd təsərrüfatı təyinatlı torpaqların - İcarəyə verilməsi mexanizmi təkmilləşdirilir
FED.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında xidmətin şöbə müdiri İlqar Həbiyev bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə 103 min hektar torpaq sahəsinin icarəsi üzrə 840 müaaricət daxil olub. 2021-ci illə müqayisədə müracətlərin sayı 41% artıb. Xatırladaq ki, 2021-ci ildə müraciətlər 592 olmuşdu.
Bu müraciətlərin yarıdan çoxuna – 480-nə müsbət cavab verilib – 59 min hektar torpaq sahəsinin icarəsinə razılıq verilib. 394 müraciətə cavab veriləcək.
Əvvəlki illə müqayisədə müsbət rəy bildirilən müraciətlərin sayı 76% artıb.