Keçən il ümumilikdə 14 607 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.
Qeyd edilib ki, nəticədə 14091 ha torpaq sahəsinin icarəyə, 193 ha torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 14284 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibinə qaytarılması təmin edilib. 323 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.
Eyni zamanda qanunsuz ayrılmış 8405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb.