Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan daha tez yekunlaşacağı proqnazlaşdırılır.
Eləcə də bax: Pay torpaqlarının özəlləşdirilməsi xərcləri - MALİYYƏLƏŞDİRİLƏCƏK
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən görülən tədbirlər, aparılan təbliğat işləri nəticəsində ötən ilin dekabr ayından 18 aprel 2022-ci il tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub.
«Artıq 9 521 torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınıb. Digər vətəndaşların da mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək»-deyə xidmətdən bildirilib.