14 may 2026-cı il tarixində saat 10:00-da təkrar hərraca çıxarılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan daşınmaz əmlakların siyahısı açıqlanıb.
Azərbaycanın bölgələrində torpaqlar satışa çıxarılır – SİYAHI, QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərraca Oğuz, Neftçala və Xaçmaz rayonlarında torpaq sahələri daxil olacaq.
Start qiymətləri 106 640 manatdan 2 688 237 manata qədərdir. Hər bir lot üçün iştirakçılardan 5% beh tələb olunur.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.
| S/N | Daşınmaz əmlakın növü | Daşınmaz əmlakın ünvanı | Sahəsi (ha) | Start qiyməti (manatla) | 5% beh (manatla) |
| 1 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 1,00 | 146762.68 | 7338.13 |
| 2 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 18,3169 | 2688237.32 | 134411.86 |
| 3 | Torpaq sahəsi | Neftçala rayonu, Astanlı kəndi | 56,00 | 481600 | 24080 |
| 4 | Torpaq sahəsi | Neftçala rayonu, Aşağı Surra kəndi | 50,00 | 430000 | 21500 |
| 5 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 12,40 | 106640 | 5332 |
| 6 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 50,00 | 430000 | 21500 |
| 7 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 62,60 | 538360 | 26918 |
| 8 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 0,70 | 273000 | 13650 |
| 9 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 1,40 | 546000 | 27300 |
| 10 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aslanoba kəndi | 2,368 | 923520 | 46176 |
Əlaqə: “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (daxili:1705,1706,1709));
Azərbaycan Mərkəzi Bankı, (tel:+994 12 493 11 22 (daxili: 8639, 8599)).













