“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı fermerlərə dövlət tərəfindən böyük vəsait ayrılır. Bu vəsaitlər demək olar ki, fermerlərə vaxtında çatmır”.
Kənd təsərrüfatı təyinatlı torpaqların - İcarəyə verilməsi mexanizmi təkmilləşdirilir
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Cavanşir Paşazadə bildirib.
Cavanşir Paşazadə deyib ki, kənd təsərrüfatı istehsal edən insanlar savadsız ola bilərlər: “Vəsait ayrılır, amma sənədləşmələrin gecikdirilməsi problem yaradır. Sənədlər banka gedir, bank onları qaytarır, təkrar göndərir, yenə qaytarır. Fermer artıq gübrə almalı, torpağı əkməli idi, bu proses də gecikir. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumlarının əməkdaşları fermerlərlə banklar arasında bu kimi problemlərin həlli ilə məşğul olmalı, yalnız statistika aparmamalıdırlar”.
Deputat rayonlarda örüş yerləri ilə bağlı problemləri də qabardıb: “Bunu danışmaqla həll olunmur. Yerlərdə araşdırılmalıdır ki, bu torpaqlar kimlərdədir, neçə illiyə verilib. Bununla yanaşı, bu problem suvarmada da yanaşır. Bilirik ki, rayonlarda, kəndlərlə ən münbit torpaqlar rayon rəhbərlərindədir, rayon rəhbərlərinin qohumlarınındır. Suvarma suyu onların torpaqlarından o yana, camaata keçmir. Vəsait ayrılmasında, suvarmada problemlər var, kimlərinsə adamları o pulu ala bilir, camaat ala bilmir. Ona görə də gələcəkdə bu məsələyə diqqət yetirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə çox müzakirələr aparmalıdır”. (Apa)