Müvafiq bələdiyyənin ərazisində nə qədər vaxt yaşayan şəxsin özünə torpaq ayrılmasını tələb etmək hüququ var?
Eləcə də bax: Bölgələrdə torpaq almaq istəyənlər - Nələrə Diqqət Etməlidir?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu sualı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavablandırıb:
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.(2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanun)