Bakı yaxınlığında fermer təsərrüfatı yaratmaq istəyənlər üçün maraqlı ola biləcək əmlak satışa çıxarılıb.
FED.az xəbər verir ki, Qobustan rayonunun (Xızı ilə həmsərhəd) hissəsində mənzərəli dağlıq ərazisində yerləşən 1000 hektar çıxarışlı torpaq sahəsi - ferma satışa çıxarılıb.
Torpaq sahəsinin içərisində 5000 kv.m tikili (kupçalı), 6 kilometrlik ərazidən xüsusi çəkilmiş və sənədləri (texniki şərti) olan 10 kilovotluq elektrik xətti, 100 kilovattlıq transformatoru var.
Bundan başqa, fermada 1km-dən çəkilmiş bulaq suyu, çobanlar üçün yaşayış evləri, yem anbarları, böyük təsərrüfat sahəsi var.
Bundan başqa, fermada heyvanlar üçün tikililər və sahibkar üçün isə hər cür şəraiti olan 4otaqlı yaşayış evi var.
Fermada hazırda Avstriyanın «Simmental» cinsi olan 100 iri buynuzlu heyvanlar, müasir tipli sağım vasitələri, 1 tonluq və 500 litrlik süd soyutma tankı var.
Bundan başqa fermada 1 hektar sahədə balıqçılıq inkişaf etdirmək üçün gölü var, hal hazırda içində balıqlar var.
Təsərrüfatda 2 traktor, «Qaz 66» və «Kamaz» markalı maşınlar var. Ümumiyyətlə fermer təsərrüfatının hər cür şəraiti, gələcəkdə böyütmək və artırmaq üçün hər cür imkanı var. Fermer təsərrüfatı dağlıq ərazidən gələn çayın kənarında yerləşir. Həm qışlaq həm də yaylaq üçün əlverişlidir. Torpağın və tikililərin çıxarışı var.
Satıcının bildirdiyinə görə, ferma bazar qiymətindən aşağı qiymətə – 1 milyon 250 min manata satılır. Əlaqə 055-297-36-68.