2023-cü ildə Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub.
Bakıda torpağın 1 sotu 300 min manata çatır - VİDEO
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib. (Report)