Həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 14.607 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Ev tikmək üçün yeni qaydalar müəyyən edilib - Torpaq sahəsi alarkən diqqətli olun
FED.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
"Nəticədə 14.091 ha torpaq sahəsinin icarəyə, 193 ha torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 14.284 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 323 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.