"İnnovasiya və Təchizat Mərkəzi" müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi Dövlət və Tədbirlər proqramlarında istifadə olunan tibbi vasitələrin satınalınması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: 9 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderi “Zeytun Pharmaceuticals” MMC qazanıb.
"İnnovasiya və Təchizat Mərkəzi" “Zeytun Pharmaceuticals” MMC ilə 2 lot üzrə müqavilə imzalayıb. Müqaviləyə əsasən “İnnovasiya və Təchizat Mərkəzi” dərman vasitələrinin satınalınması üçün 5 milyon 207,9 min manat (Lot 1) və tibbi təyinatlı vasitələrin satınalınması 3 milyon 619,3 min manat (Lot2) olmaqla ümumilikdə 8 milyon 827,1 min manatlıq müqavilə imzalayıb.