Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində Qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən qeyri-yaşayış obyektlərinə 264 yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, bazar kompleksi, çoxfunksiyalı bina, 1 mərtəbəli emalatxana binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 1-2 mərtəbəli inzibati bina və polis məntəqəsini daxildir.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 5200287501
Satınalan təşkilatın ünvanı: Zəngilan rayonu, Zəngilan şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 26.12.2023 15:12
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
05.02.2024 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.02.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 15.02.2024 16:00
Hesab nömrəsi: AZ31AIIB380300D9447648156112
Bankın adı: “KAPİTAL BANK” ASC 28 may filialı
Bankın kodu: 200123
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2X
Ödəniş şərtləri : Ödəniş İcraçı tərəfindən təqdim olunmuş hesab-faktura əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir.
Çatdırılma yeri: Zəngilan rayonu, Cahangirbəyli kəndi
Çatdırılma müddəti : 180 təqvim günü
Çatdırılma şərtləri : DDP
Tenderdə iştirak etmək üçün aşağıdaki sənədlər vacibdir :
Baş podratçı kimi son 3 il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 15 (on beş) milyon AZN-dən az olmayan, müraciət edənin hissəsi isə ən azı 7 (yeddi ) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və İstismara qəbul və icazə aktları təqdim edilməlidir
Son üç (01 yanvar 2020 – 31 dekabr 2022) ərzində tikinti quraşdırma işləri üzrə ən azı 15 (on beş) milyon AZN dövriyyə tələb olunur, həmçinin TMV 1.6-cı bəndində tələb olunan digər tələblər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zaur İbrahimov, Satınalmalar şöbəsinin Baş məsləhətçisi
Email : [email protected]
Əlaqə telefonu : +994512078998