Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti “Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Crystal İnşaat” ASC olub.
Qalib şirkətlə 14 192 628 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.