Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “HN Construction” QSC olub.
Şirkətlə 11 609 544 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “HN Construction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Məmmədov Oqtay oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi , Ev 185, m. 14 ünvanında yerləşir.