“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” iri məbləğli tenderin nəticəsini elan edib.
FED.az xəbər verir ki,qalib "Kəmalə-Ə" Firması olub.
Şirkətlə 2 050 741 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Zəngilan rayonu, Cahangirbəyli Kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə torpaq işlərinin satın alınması nəzərdə tutulur.