“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi müsabiqəyə yekun vurub.
FED.az xəbər verir ki, sözü gedən ümsabiqə dövlət qurumunun Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi ilə bağlıdır.
Tender bir mənbədən satınalma metodu ilə keçirilib. Tenderin qalibi "Crystal inşaat" ASC (VÖEN: 1603491051) olub. Qalib şirkətlə 6 milyon 50 min manat dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, ötən ilin əvvəllərində də Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti “Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması” tenderi üzrə bu şirkət qalib gəlmiş və qalib şirkətlə 14 192 628 manat məbləğində müqavilə imzalanmışdı.
Qeyd edək ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.