Azərbaycanın işğaldan azad edimliş ərazilərində aparılan böyük tikinti-quruculuq işləri iri tenderlərlə həyataa keçirilir.
Hazırda ölkədə ən böyük tikinti tenderləri məhz işğaldan azad edilən ərazilər üzrə keçirilir.
Füzuli rayonunda tenderləri kimlər udur – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, tender Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidənqurulması layihəsi çərçivəsində tikinti işlərini nəzərdə tutur.
Bue lan çərçivəsində aparılacaq tikinti işlərinə 243 fərdi yaşayış evin tikintisi, 2 ədəd 2 mərtəbəli inzibati binanın tikintisi və 3 ədəd 3 mərtəbəli yaşayış binasının tikintisi aiddir.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Müsabiqə2023-cü il dekabrın 29-dan elan edilib, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 12.02.2024 16:00, Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.02.2024 16:00 müəyyən edilib. Zərflər isə 21 feprıral saat 16-da açılacaq.
Amma tenderdə iştirak üçün ciddi tələblər qoyulub ki, bunlara yalnız böyük, artıq uzun illər ölkədə tikinti işləri ilə məşğul olan şirkətlər cavab verə bilərlər.
Belə ki, tenderə yalnız o şirkətlər qatıla bilər ki, baş podratçı kimi son 3 il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 50 (əlli) milyon AZN-dən az olmayan, müraciət edənin hissəsi isə ən azı 25 (iyirmi beş) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etmiş olsun.
Bundan başqa, son üç il (01 yanvar 2020 – 31 dekabr 2022) ərzində tikinti quraşdırma işləri üzrə ən azı 50 (əlli) milyon AZN dövriyyə tələb olunur.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zaur İbrahimov, Satınalmalar şöbəsinin Baş məsləhətçisi
Email : [email protected]
Əlaqə telefonu : +994512078998