Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının tikitisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “PBA” QSC olub.
Şirkətlə 160 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasə aşağıda qeyd olumuş 14 ədəd layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulub :
Topoqrafik planlanma və mühəndis-geoloji axtarış işləri
Bağça binası
Memarlıq-planlaşdırma bölməsi (eskiz)
Qazanxana məhsuldarlıq - 0,2 Qkal/saat
Nasosxana – 15 m3/saat
Yanğına qarşı su anbarı V= 100 m3
İçməli su anbarı V= 50 m3
Transformator yarımstansiyası KTY- 160 kva
Dizel-generator – 30 KVA
Hasar - dekorativ metal konstruksiya
Abadlaşdırma S= 0,90 ha
Yanğın siqnalının avtomatik qurğuları
Videomüşahidə
İnternet şəbəkələri