Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Zəngilan şəhərinin baş planının hazırlanması işləri üzrə ilkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 214 450 manatdır.