Zaqatala Suvarma Sistemləri İdarəsi üç tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Maşın-mexanizm və avtonəqliyyat vasitələri üçün sürtkü yağlarının satın alınması" tenderinin qalibi "VNM Servis" MMC olub.
Qalib şirkətə 16 334 manat ödəniləcək.
"Maşın-mexanizm və avtonəqliyyat vasitələri üçün sürtkü yağlarının satın alınması" tenderinin qalibi "Azam Group" MMC olub.
Qalib şirkətə 101 716 manat ödəniləcək.
"Torpaq məcralı Qandax kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalınması" tenderinin qalibi də "Azam Group" MMC olub.
Bu tender üzrə qalib şirkətə 143 538 manat ödəniləcək.
Tenderlərin ümumi məbləği 261 588 manatdır.