Zaqatala Rayon İcra Hakimiyyəti təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Zaqatala şəhərinin 12 küçəsinin asfaltlaşdırılması ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: mа[email protected]
Faks nömrəsi: 0242253316
Satınalan təşkilatın ünvanı: Zaqatala şəhəri Car küçəsi 3
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 11.05.2023 15:40
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 25.05.2023 09:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.