DİN Daxili Qoşunlar Baş İdarəsi böyük tender elan edir.
FED.az xəbər verir ki, tender elanı "Yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alınması" ilə bağlıdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Qəzənfər Musabəyov 4 (Əlaqələndirici şəxs : ELŞAD ƏLİYEV telefon : +994125699510) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :1500 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- B1. Benefisiar (alan) bank Adı-Dövlət Xəzinədarlığı Agentliyi Kod- 210005 VÖEN- 1401555071 M/h- AZ41NABZ01360100000000003944 SWIFT. BIK CTREAZ22 B2. Vəsaiti alan müştəri (benefisiar) Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi H/h- AZ44CTRE00000000000002458570 VÖEN- 1500426471 D3. Büdcə təsnifatının kodu - 142330 D4. Büdcə səviyyəsinin kodu - 7 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər (Sənəd təqdim etməyən iddiaçılar Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 6.2., 6.3., 6.5., 6.6., 6.7., və 6.9.-cu maddələrinin tələblərini yerinə yetirmədiyi üçün 36.5.1. və 36.5.3.-cü maddələrinin tələblərinə əsasən kənarlaşdırılacaqdır): 1. Tenderdə iştirak etmək üçün yazı¬lı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır). 2. İştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli. 3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır, məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması). 4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti - Mənfəət vergisinin bəyənnaməsi - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır; (vergi orqanının rəsmi blankında tələb olunur. Uyğunsuzluq səbəbilə geri qaytarılan bəyannamələr qəbul edilməyəcək). 5. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu (şəhadətnamə) təsdiq edən sənədlərin 2023-cü il üçün notariusdan təsdiq edilmiş surəti). 6. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük) haqqında arayış (müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır, məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması). 7. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır). 8. Sahibkarlıq subyektinin bölgüsü (malgöndərən (podratçı) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı arayışı Dövlət Statistika Komitəsindən alır). 9. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və kadr imkanlarının, işçi qüvvəsinin olması barədə aşağıdakı rəsmi məlumatlar: 9.1. analoji işlərdə təcrübəsi (iddiaçının oxşar iş təcrübələri, son beş ildə malların təchizatı sahəsində fəaliyyəti, təşkilatlarla bağladığı müqavilələrin sürəti); 9.2. iddiaçının potensial kadr imkanları - tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu (malların istehsalı sahəsində çalışan işçilərin siyahısı və elektron hökümət portalından əmək müqaviləsi bildirişi, iş təcrübəsinə dair sənədləri, kadr anketlərini təqdim etmək zəruridir); 9.3. iddiaçının texniki imkanları - tenderin predmeti üzrə çatdırılma imkanları və malları saxlamaq üçün yerləri, alınması nəzərdə tutulan malların istehsalı üçün materialların anbarda qalığı, çatdırılma imkanları barədə məlumatlar sənəddə öz əksini tapmalı¬dır. Zərurət yaranarsa iddiаçılаrın təklif оlunan mallarının anbarlarda mövcudluğuna, istehsal sahələrinə, saxlanılma və təminat qaydalarına DQBİ-nin tender komissiyası tərəfindən baxış keçiriləcək və Əsas şərtlər tоplusunun infоrmasiya хəritəsinə uyğun qiymətləndiriləcək. 10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maliyyə imkanları (iddiaçının son bir ildəki pul vəsaitlərinin dövriyyəsi, pul vəsaitlərinin qalığı və kredit xəttinin mövcudluğu (mərkəzi kredit reesterindən çıxarış) barədə bank arayışı və bank çıxarışı). 11. Rekvizitləri - Müəssisənin adı, yerləşdiyi faktiki və hüquqi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır (PDF formatı). 12. “Dövlət sаtınаlmаlаrı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 36.9.-cu maddəsinin tələblərinə uyğun yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin tətbiq edilməsi üçün Azərbaycan Respub¬likası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nın tələblərinə uyğun sənədlər (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən mənşə sənədi. Yerli mal təqdim edib sənədləri təqdim etməyən iddiaçının tender təklifinə yerli malların xeyrinə güzəşt tətbiq olunmayacaq). 13. Tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir). 14. Tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Bank təminatını təqdim etməyən və ya tender təklifinin təminatının qüvvədə olma müddətini düzgün göstərməyən iddiaçının tender təklifi etibarsız sayılır və Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 36.5.3-cü maddəsinin tələblərinə əsasən tenderdən kənarlaşdırılır. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər və tender təklifləri qəbul edilməyəcəkdir). Tender iştirakçılarından tələb olunan sənədlər 22 fevral 2023-ci il saat 12:00-a qədər bir nüsxədə, tender təklifi isə 02 mart 2023-cü il saat 12:00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir. Tender zərflərinin açılışı proseduru 03 mart 2023-cü il saat 12:00-da Daxili Qoşunla¬rın Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) keçiriləcəkdir. İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər. Tender iştirakçıları 02 mart 2023-cü il saat 12:00-a qədər şərtlər toplusunda göstərilən funksional xüsusiyyətlərin tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) cüt (dəst, ədəd) yoxlamaq üçün nümunələr (yerli malların tələb olunan sənədlərinin əsli) Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Yoxlamaların nəticəsi haqqında həmin mallar barədə ten¬der təkliflərinə aid zərflərin açılışından sonra məlumat veriləcəkdir. Nümunələri təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılaraq tenderdən kənarlaşdırılır. Yun və Daxili Qoşunlar üçün xüsusi hazırlanmış komufulyaj rəngli (yeri bej, üzərində qəhvəyi və yaşıl yarpaqlar) parçadan hazırlanacaq malların parçalarının nümunələrini 28 fevral 2023-cü il saat 12:00-a qədər Daxili Qoşunların Baş İdarəsindən götürülməlidir. Sənədlərin və nümunələrin qəbulu vaxtı iş (bank) günlərində saat 11:00-dan 13:00-a və 15:00-dan 17:00-a qədərdir (son təqdim olunma günü 12:00-a qədər). Göstərilən müddətlərdən gec təqdim edilən tender təklifləri, sənədlər və nümunələr qəbul olunmaya¬caqdır. İddiaçılar şərtlər toplusuna aid əlavə məlumatları aşağıdakı telefonlardan ala bilərlər: Əlaqələndirici şəxslər - Rafət Mustafayev, telefon – 012-513-23-08. Elşad Əliyev, telefon – 012-569-95-10.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22.02.2023 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.03.2023 12:00 qədər Qəzənfər Musabəyov 4 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 03.03.2023 12:00 tarixində Qəzənfər Musabəyov 4 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.