Azərbaycanın yol polisi 2 min ədəd yeni polis çubuğu (hərəkəti tənzimləmək üçün istifadfə olunan əşya - jezl) alıb.
Eləcə də bax: Bakı Şəhər İcra Hakimiyyəti bu şirkətə 6,7 milyon ödəyəcək - QALİB KİMDİR?
FED.az-ın məlumatına görə, Baş Yol Polisi İdarəsi yol polisi üçün çubuqların alınması üzrə tenderə ykun vurub. Baş idarənin tenderini «Yol Nişan» MMC qazanıb.
Qeyd edək ki, yol polisi sonuncu dəfə belə çubuqları 2018-ci ildə almışdı. Satınalmalar portalının məlumatına görə, «Yol Nişan» MMC jezllərin alınması üçün 92 min manatlıq təklif verərək tenderdə qalıb gəlib. Bu hesabla jezllərin hər biri yol polisinə 46 manata başa gəlib.