"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ tərəfindən elan olunmuş iki tender ləğv edilib. Hər iki satınalma müsabiqəsi ryolların nişanlanma işləri ilə bağlı idi.
DİN 21,2 milyon manatlıq geyimlər alır - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, ləğv səbəbi isə hər iki halda eynidir – müsabiqədə iştirak etmək üçün tələblərə cavab verən, yəni təklifi və təklifin təminatını təqdim etmiş, lazım gəldikdə müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci bəndinə əsasən, tenderin keçirilməsinin mümkün olmaması ilə nəticələnib.
Ləğv edilən ilk tenderin ehtimal olunan məbləği 18 milyon 633 min 772 manat 76 qəpik təşkil edirdi. Satınalma üzrə müsabiqə 2025-ci il martın 5-də saat 15:21-də elan olunmuş, təkliflərin qəbulu isə aprelin 7-də saat 14:00-da başa çatmalı və həmin vaxtda zərflərin açılışı həyata keçirilməli idi.
İkinci ləğv edilən tenderin isə dəyəri 15 milyon 397 min 512 manat 55 qəpik olaraq göstərilib. Müsabiqənin dərc tarixi 2025-ci il martın 5-i, saat 16:39 olub. Təkliflərin son qəbul vaxtı və zərflərin açılışı aprelin 7-də saat 12:00-da nəzərdə tutulmuşdu.
Beləliklə, ümumi dəyəri təxminən 34 milyon manata yaxın olan bu iki iri həcmli yol infrastrukturu layihəsi üzrə tender prosedurları iştirakçı çatışmazlığı səbəbindən həyata keçirilə bilməyib.