Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC olub.
Şirkətlə 18 197 059 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Hovers Group” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 345 720 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur. Hüquqi ünvanı Az1078, Bakı Şəhəri Nəsimi Rayonu, Abbas Səhhət, Ev 73 ünvanında yerləşir.