"MİDA" MMC yaşayış kompleksinin tikintisi üçün tender elan edir.
FED.az xəbər verir ki, “MİDA” MMC Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış binalarının, qeyri-yaşayış binasının, uşaq bağçasının tikilməsi və elektrik enerjisinin təminatı üçün 5 lot üzrə tender elan edir.
Lot 1: 8 və 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
Lot 2: 13 nömrəli 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
Lot 3: 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi;
Lot 4: 17 və 18 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi;
Lot 5: Sahəxarici və sahədaxili elektrik enerjisi təminatı
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z (Əlaqələndirici şəxs : Vəliyev Zahid Musa oğlu telefon : (+99412) 594-54-01) ünvanından ala bilərlər.
İştirak haqqı:
Lot 1 :600 AZN
Lot 2 :900 AZN
Lot 3 :600 AZN
Lot 4 :600 AZN
Lot 5 :600 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Podratçının müəyyən etdiyi digər sənədlər.
- - İddiaçı son üç ildə inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir; - Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.03.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.03.2020 17:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanına təqdim etməlidirlər.
Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 17.03.2020 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.