Tenderlər

Yeni xəstəxana tikiləcək - TENDER ELANI

Yeni xəstəxana tikiləcək - TENDER ELANI | FED.az
08:30 27 Sen 2019

FED.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınması üzrə açıq tender elan edir.

Eləcə də bax: Azərbaycanda 2 universitet üçün - tələbə yataqxanası tikiləcək - PUL AYRILDI

Lot 1: Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınması (1-ci mərhələ)

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A (Əlaqələndirici şəxs : Əli Abbasov telefon : (012) 565-12-41) ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot 1 :400 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. Podratçının müəyyən etdiyi digər sənədlər.
  10. - tenderdə iştirak etmək üçün yazılı müraciət; - təmir-tikinti quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya; - müəssisənin maddi texniki bazası və kadr potensiyalı barədə təsdiq edilmiş məlumat; - təmir-tikinti sahəsində ən azı 3 (üç) illik iş təcrübəsi olmaqla, maliyyə dövriyyəsi yüksək və səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi olan iddiaçılara bal sistemi zamanı qiymətləndirilmədə üstünlük veriləcəkdir. - tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətliyini nümayiş etdirən sənədlər. Sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 01.11.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.11.2019 17:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 12.11.2019 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər

Digər xəbərlər