İpoteka və Kredit Zəmanət Fondu “ABB-İnvest İnvestisiya Şirkəti” QSC ilə müqavilə bağlayıb.
Eləcə də bax: İpoteka Fondu tender qalibini - AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 6 000 manatdır.
“ABB-İnvest İnvestisiya Şirkəti” – 12 iyun 2020-ci ildə təsis edilib, 300 min manat nizamnamə kapitalı var. Şirkətin icraçı direktoru Nadir Babazadədir. N.Babazadə indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.