"Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yeni avtobus dayanacağı pavilyonları alır.
FED.az xəbər verir ki, "Bakı Nəqliyyat Agentliyi” "MG CONSTRUCTION" şirkəti ilə müqavilə bağlayıb. Müqavilə Dayanacaq pavilyonlarının satın alınmasını nəzərdə tutur.
Müqavilənin məbləği 1 milyon 762 min manatdır. Alınan pavilyonların sayı barədə məlumat verilmir.
Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə şəhər ərazisində 500 yeni avtobus dayanacağı pavilyonlarının alışı və quraşdırılmasına dair planını açıqlayıb. Təkcə 2017-2019-cu illərdə BNA 400 şüşə-metal qurğu alıb. Bu da məlumdur ki, bu ilin ikinci rübündə BNA 100 avtobus pavilyonunun alışına dair planlarını açıqlayıb. İyulda agentlik dayanacaq pavilyonlarının alışına və onların quraşdırılmasına dair iki lot üzrə tender elan edib.
Marja