Tikilməkdə Olan Melİorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Qəbələ rayonunu kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə «Yengicə su anbarının tikintisi»” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "«Suryapı AZ» MMC və «Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi» birgə müəssisəsi" olub. Şirkətlə 53 milyon 997 min 131 manat məbləğində müqavilə imzalanıb.