Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzi tenderlərini qalibini açıqladı.
FED.az xəbər verir ki, hər iki tenderi "Arash Medical Company" MMC qazanıb. MMC iki tenderdən ümumilikdə 579 min 590 manat qazanıb.
Analitik Ekspertiza Mərkəzi şirkətlə Reaktiv və digər laborator ləvazimatların satın alınması üçün 289 min 401 manat; Laboratoriya avadanlıqlarına ehtiyat hissələrinin satın alınması üçün 290 min 189 manat məbləğində müqavilələr bağlayıb.