Yelo Bank təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə açıq tender keçirir.
Eləcə də bax: "Yelo Bank" şəbəkə avadanlıqlarının alınması üzrə - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, tenderin predmeti aşağıda qeyd olunan mövqelər üzrə müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:
Videomüşahidə sistemi
1.Videokamera (İP.ONVİF.2MP.Outdoor) - 32 əd
2.Videokamera (İP.ONVİF.2MP.İndoor) - 310 əd
3.Videokamera (İP.ONVİF.4MP. İndoor) - 6 əd
4.Server (videoserver) - 1 əd
5.Yaddaş bloku (4 ay realtime. 2000bit rate) - 1 əd
6.Videowall (16 monitor çıxışlı) - 1 əd
7.Videomonitor (LCD 42 inch ) - 16 əd
Qeyd: Server Dahua proqram təminatı ilə işləmə imkanına malik olmalıdır. Təklif olunan smetaya avadanlığın quraşdırılması daxil olmalıdır. Video kabellərin çəkilişi digər şirkət tərəfindən aparılır.
Videomüşahidə sistemi (Keyfiyyətə nəzarət)
1.Videokamera (AHD mini kamera. Əlavə mikrafon) - 15 əd
2.Rəqəmsal videoreqistrator (16 video. 16 audio. Dahua) - 1 əd
Qeyd: Bu sistem mərkəzi serverə qoşulmayır və HDD ilə təchiz edilməməlidir.
Yanğın siqnalizasiyası
- Ünvanlı yanğın dedektoru (tavan tipli) - 500 əd
- Ünvanlı idarəetmə paneli (lokal şəbəkəyə çıxış imkanlı) - 1 əd
- Siren (işıq və səs indikasiyalı) - 50 əd
- Ünvanlı əl xəbərverici - 50 əd
- Rezerv qida bloku - 1 əd
- Proqram təminatı+lisenziya - 1 əd
- Kabellər və borular - 1 mt
Qeyd: Göndərilən təklifdə kabelləşmə və quraşdırılma daxil olmalıdır. Quraşdırılmış sistem təhvil təslim aktı ilə FHN-ə təhvil verilməlidir.
Anons sistemi
1.Dinamiklər (6 vt tavan tipli) - 260 əd
2.Səs gücləndiricilər - 12 əd
3.Mikrafon konsolu (mərtəbə zonalarını ayrı ayrılıqda seçmək imkanı ilə) - 2 əd
4. Seçici mikserlər - 1 əd
5.Avtomatik mesaj bloku (Yanğın evakuasiya səsli mesaj bloku) - 1 əd
Qeyd: Sistem musiqi və elanların bina daxilində yayımı üçün nəzərdə tutulub. Yanğın panelinin siqnalı ilə bütün yayımlar dayandırılaraq həyəcan sisteminə keçmək imkanına malik olmalıdır.
Giriş/Çıxışa nəzarət sistemi
- Biometrik kart oxuyucu (Biostar suprema) - 44 əd
- Turniket (Şüşə açılış) - 8 əd
- Turniket (Tripod metal) - 5 əd
- Şlaqbaun (6mt qol) - 2 əd
- Elektomexaniki kilid - 16 əd
- Elektrik maqnit (450 kq çəki hesabatı ilə) - 2 əd
- Proqram təminatı (Biostar 2.0 lisenziya) - 1 əd
Qeyd: Sistem Biostar Suprema sistemi əsasında yaradılmalıdır.
Həyəcan siqnalizasiyası
İnfraqırmızı passiv hərəkət dedektoru - 340 əd
Şüşüə sınma dedektoru - 100 əd
Siren (işıq və səs indiqasiyalı) - 50 əd
Mərkəzi idarəetmə paneli (lokal şəbəkəyə çıxış imkanlı) - 1 əd
Rezerv qida bloku - 15 əd
Kabel və borular - 1 mt
Radioötürücü Standart - 3 əd
Proqram təminatı - 1 əd
Qeyd: Göndərilən təklifdə kabelləşmə və quraşdırılma daxil olmalıdır. Quraşdırılmış sistem təhvil təslim aktı ilə Mühafizə Polisinə təhvil verilməlidir.
Qiymət bütün vergilər daxil olmaqla son dəyəri əks etdirməlidir.
Ödəniş şərtləri: əvvəlcədən ödəmənin müəyyən bir faizi və çatdırıldıqdan sonra qalan məbləğin ödənilməsi. Avansı ən aşağı və ən yüksək son ödəmə ilə olan təklifə üstünlük verilir
Potensial təchizatçı oxşar xidmətlərin və malların təqdim edilməsində təsdiqlənmiş təcrübəyə malik olmalı və istehsalçı ilə əməkdaşlıq etməlidir.
Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı və 10 iyul 2020-ci il 18:00 qədər təklifi “Yelo Bank” ASC İdarə Heyəti sədrinin adına “Təhlükəsizlik sistemləri alınması üzrə kommersiya təklifi - AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi, 30) təqdim etməyinizi xahiş edirik.
Yuxarıda göstərilən üsuldan fərqli olaraq verilmiş müsabiqə təklifləri nəzərə alınmır.