“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin MənzilKommunal və Təmir Xidməti 2018-ci ildə İçərişəhər və Qala Qoruğu ərazilərində yaşıllaşdırma işlərinin satınalınması məqsədilə A Ç I Q T E N D E R E L A N E D İ R
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Lot-1. 2018-ci ildə İçərişəhər və Qala Qoruğu ərazilərində yaşıllaşdırma işlərinin satınalınması.
Göstərilən iş və müqavilə imzalandığı gündən 2018-ci il dekabrın 31-dək başa çatdırılmalıdır. Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədovdan, telefon: (012) 492-24-27) ünvandan ala bilərlər. VÖEN: 1700774621 Hesab: AZ03Aİ- İB33050019443600287106 Bank: “Kapital Bank” ASC-nin 2 saylı Səbail filialı Kod: 200060 VÖEN (bank): 9900003611 M/h: AZ37NABZ 01350100000000001944 S.W.I.F.T. AİİBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 fevral 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 fevral 2018-ci il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanda açılacaqdır.
Tender komissiyası
Yaşıllaşdırma işlərinin satınalınması – TENDER
15:08
26 Yan 2018