"Bakı Metropoliteni" QSC "Müxtəlif obyektlərdə yaşıllaşdırma işlərinin satın alınması" üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 1-də başlayır.Tələb olunan sənədlər fevralın 21-dək, təkliflər isə martın 1-dək təqdim edilməlidir. Zərflər mart ayının 2-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1402871431
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri,Nəsimi r-nu M.Rəfili 16
Çatdırılma yeri:Bakı Metropoliteni QSC-nin obyektləri
Çatdırılma müddəti: Müqavilə imzalandığı andan qüvvəyə minir və 01.05.2024-cü il tarixinə qədər qüvvədədir, zəmanət hissəsində isə zəmanət müddəti bitənədək.