Azərbaycan Texniki Universitetinin "Yanğından mühafizə vasitələrinin satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv etmə mətnində qeyd iddiaçıların sənədlərində çatışmazlıqlar düzəliş üçün geri göndərilsədə Qanunun 28.4 maddəsində qeyd olunduğu kimi tender prosedurunun başlanmasına azı 3 bank günü qalanadək təqdim etməmələri qeyd olunub.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Bu Qanunun 28.1-ci maddəsində göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.
28.1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:
tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla);
tender təklifi;
malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.