Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Aistgroup" MMC ilə server avadanlıqlarına, Fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstək xidmətləri üzrə müqavilə bağlayıb. FED.az xəbər verir ki, xidmətlər 1 milyon 217,7 min manat (716 min dollar) qiymətləndirilib, deyə dövlət satınalmaları reyestrində məlumat verilib.
Şirkət bu ilin may ayında keçirilən tender nəticəsində seçilib. Maraqlıdır ki, dövlət satınalmaları reyestrinin məlumatlarına əsasən, "Aistgroup" yalnız DSMF və deyilən nazirliyin sifarişlərini yerinə yetirir. 2011-2018-ci illərdə o, bu strukturlardan İT xidmətlərinin həyata keçirilməsi üçün ümumi məbləği 5 milyon 586 min manat olan 23 müqavilə əldə edib. Onların arasında müxtəlif proqram təminatı və onun təkmilləşdirilməsi, idarəetmə sistemlərinə texniki nəzarət və s var."Aistgroup" MMC 2011-ci ilin aprelində 100 manatlıq kapital ilə yaradılıb. Şirkətin təsisçisi Fuad Abdullayevdir.
© Contact