Xüsusi Dövlət Mühafizə Xidməti xəz dəri tipli hərbi geyimlərin satın alınması üzrə tender elan edir.
Qubada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 18.05.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 150 manatdır.
Tenderlə 500 ədəd təbii xəz içlikli qara rəngli gödəkçə (su keçirməyən materialdan zəncirbənd,sıxaclı düymə və yığılan başlıqlı) alınacaq.
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - PDF olunmuş;
Qeydiyyatdan keçdiyi ölkə - PDF olunmuş;
Nizamnamə - PDF olunmuş;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 01.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir. PDF olunmuş;
Maliyyə vəziyyəti haqqında bank arayışı - son bir ildə PDF olunmuş;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2021-ci il üzrə mənfəət bəyanaməsi PDF olunmuş.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rakif İbrahimov
Əlaqə: 0125350170