Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi (VÖEN – 3201635961) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri-yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir-bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işlərinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 3 milyon 225 min 963 manat 20 qəpik təşkil edir.
Təkliflərin qəbulu 19 dekabr 2025-ci il, saat 16:00-da başa çatır.
Zərflərin açılışı da 19 dekabr 2025-ci il, saat 16:00-da keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qaydalar üzrə ödənişlərin geri qaytarılması nəzərdə tutulmur.
Əlaqələndirici şəxs – Emil Quliyev, Baş məsləhətçi
E-poçt: [email protected]
Telefon: +994 50 640 00 04
İddiaçılar təkliflərini 19 dekabr 2025-ci il, saat 16:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.











