Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri ilə bağlı həyata keçirilən satınalmaların nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət ümumi dəyəri 6 milyon 636 min 411 manat olan iki müqavilə imzalayıb. Satınalmalar "Bir mənbə" metodu ilə həyata keçirilib.
Qalib şirkətlər və görüləcək işlər aşağıdakı kimidir:
-
"RTS Tikinti-Təmir" MMC – Xocavənd rayonunun Qarqar kəndində 60 fərdi yaşayış evinin (11 400 m²) təmiri. Müqavilənin dəyəri 3 978 600 manat təşkil edir.
-
"CMT Group" MMC – Xocavənd rayonunun Xocavənd şəhərində 40 fərdi yaşayış evinin (7 600 m²) təmiri. Müqavilənin dəyəri 2 657 811 manat təşkil edir.










