Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi "Platin-M" MMC ilə birbaşa müqavilə bağlayaraq Xocavənd rayonu ərazisində genişmiqyası təmir işlərinə başlayır.
Müqaviləyə əsasən, "Platin-M" MMC Xocavənd şəhərində 200 fərdi yaşayış evinin (33 min 660 kvadrat metr), Ağkənd kəndində 30 fərdi yaşayış evinin (5 min 49 kvadrat metr) və Qırmızıbazar qəsəbəsində 32 mənzilli (3 min 200 kvadrat metr) çoxmənzilli yaşayış binalarının təmir işlərini həyata keçirəcək. Layihənin ümumi dəyəri 14 milyon 622 min 84 manat 49 qəpik təşkil edir və satınalma bir mənbədən həyata keçirilib.
Bu təmir işləri Qarabağın bərpa və yenidənqurma prosesində mühüm addım olaraq, bölgənin sosial və iqtisadi inkişafına töhfə verəcəkdir. Yenidən qurulmuş evlər və binalar yerli sakinlər üçün daha yaxşı yaşayış şəraiti təmin edəcək.
"Platin-M" MMC-nin həmçinin, "Xankəndi Şəhərində, Ağdərə Və Xocalı Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi ilə bağlanmış bir mənbədən satınalma müqaviləsi çərçivəsində, Xocalı rayonunun Təzəbinə kəndində 152 fərdi yaşayış evinin cari təmir işlərini həyata keçirib. Bu layihənin dəyəri 878 milyon 393 min 396 manat olub.
Bundan əlavə, "Platin-M" MMC əvvəllər Kənd Təsərrüfatı Nazirliyi üçün Qobustan rayonu Heyvandarlıq Kompleksinin ərazisində Sərgi Mərkəzinin tikintisini də həyata keçirib. Təkliflər sorğusu metodu ilə reallaşan bu layihənin dəyəri 792 min 527 manat 27 qəpik idi.
Qeyd edək ki, "Platin-M" MMC 25 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb və 100 amnat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.
Hüquqi ünvanı Xankəndi şəhəridir.













