Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi “Xırdalan şəhərində abadlıq işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Uğurlu İnşaat” MMC olub. Şirkətlə 17 min 570 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Salyan Rayon İcra Hakimiyyətinin 397 min 325 manat dəyərindəki “Salyan şəhərində kommunal binaların təmiri işlərinin satın alınması” (11.11.2021) tenderini qazanıb