Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi xidməti avtomobilin alınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 0200093441
Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhər, 11-ci məhəllə, 2/15
Müsabiqənin başlama tarixi və vaxtı: 07.04.2023 17:40
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.04.2023 17:40
Zərflərin açılış tarixi və vaxtı: 26.04.2023 11:00
Çatdırılma yeri - Naxçıvan şəhər, 11-ci məhəllə, 2/15
Çatdırılma müddəti - 10 gün
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rövşən Nəcəfov, Baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: +994 50 893 2009
Pikap tipli, min. 1.5 - max. 2.0 ton yükdaşıma qabiliyyətli yük avtomobili, ödəniş e-qaimə əsasında köçürmə yolu ilə olunacaq.
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması