Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR
FED.az TENDER xəbər verir ki, tender 2 lot üzrə keçiriləcək.
Lot-1. Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.
Lot-2. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə - smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 200,00 (iki yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, telefon- 565-12-41) ala bilərlər.
Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN -1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond -7, iqtisadi təsnifat -142340, xəzinə hesab kitabı -002730
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 24 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmayır.
İştirakçılar aşağıdakı sənədləri zərfdə 17 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətliliyini nümayiş etdirən son 3 ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- minimal dövriyyə 1 (bir) milyon manat olmalı və səhiyyə müəssisələrinin layihələndirilməsində iş təcrübəsi məcburidir. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi.
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Tender təkliflərinin təqdiminin son tarixi 24 aprel 2019-cu il saat 17.00-dır.
Tenderin açılışı 25 aprel 2019-cu il saat 15.00-da olacaqdır.